Qafqaz və Türk dünyası

Qafqaz. 1917-ci il Oktyabr çevrilişindən sonra Qafqazın ictimai-siyasi qüvvələri bölgəni idarə etmək üçün noyabrın 14-də Cənubi Qafqaz Komissarlığı yaratmağı qərara aldılar. Komissarlığın tərkibinə gürcü, azərbaycanlı, erməni və rus nümayəndələri daxil idi. Hökumətin ən böyük uğuru dekabrın 5-də Qafqaz cəbhəsində hərbi əməliyyatların dayandırılması haqqında Ərzincan barışığının imzalanması oldu. Cənubi Qafqazda demokratik hərəkatın yüksəlməsi 1918-ci il fevralın 10-da Cənubi Qafqaz (Zaqafqaziya) Seyminin yaradılmasını labüd etdi. Lakin Seymdəki gürcü-erməni çoxluğu Qafqazın müxtəlif yerlərində müsəlman-türk əhaliyə qarşı erməni hərbi birliklərinin törətdiyi qətl və qarətlərə, o cümlədən mart-aprel aylarında daşnak-bolşevik qüvvələrinin Azərbaycanda həyata keçirdiyi soyqırımına biganə qaldı Seym Azərbaycan nümayəndələrinin etirazına baxmayaraq, Qars, Ərdahan və Batum vilayətlərini öz nəzarətində saxlamaq üçün Osmanlı imperiyası ilə müharibəyə başladı.
Davamı →

Qafqaz orta əsrlərdə

Qafqaz xalqları XI-XIII əsrlərdə. Bu dövrdə Cənubi Qafqazda feodal münasibətləri inkişaf edirdi. Cənubi Qafqazda kənd təsərrüfatının müxtəlif sahələri — taxılçılıq, çəltikçilik, pambıqçılıq geniş yayılmış, üzümçülük və şərabçılıq inkişaf etmişdi. Azərbaycanda ipəkçilik sahəsində müvəffəqiyyətlər əldə edilmişdi. Maldarlıq, xüsusilə atçılıq inkişaf etmişdi. Şimali Qafqaz əhalisinin məşğuliyyətində əsas yeri əkinçilik və maldarlıq tuturdu. Növbəli əkin sistemindən və süni suvarmadan istifadə edilirdi. Torpaqlar əsasən iri feodalların əlində toplanmışdı, iri feodal mülkləri genişlənirdi. Gürcüstanda meydana çıxan iri feodal mülkləri didebuli adlanırdı.


Ardı →

Qafqaz xalqları III-XI əsrlərdə

Qafqazda feodal münasibətlərinə keçid. Feodal münasibətləri Qafqazda III-V əsrlərdə meydana çıxdı. IIIəsrdə quldarlar, yerli tayfa başçıları əkin yerlərini, otlaqları, suvarma kanallarını ələ keçirdikdən sonra feodal mülkiyyəti yarandı, feodal və asılı kəndli zümrələri meydana gəldi. Albaniyada iri feodallara patriklər, xırda feodallara azatlar, Gürcüstanda iri feodallara aznaurlar, xırda feodallara uazno deyilirdi. Albaniyada iri irsi torpaq sahibliyi dastakert,şərti torpaq sahibliyi xostaqadlanırdı. Qafqazda asılı olmayan kəndlilər azad kəndlilər idilər. Qafqazda feodal münasibətləri Avropa ölkələrindən tez meydana çıxmış, lakin gec inkişaf etmişdi.


Erkən orta əsrlərin əvvəlində Qafqazda Lazika (Kolxida), Kartli (İberiya), Albaniya kimi müstəqil dövlətlər var idi. 260- cı ildə Sasani şahı I Şapur Roma imperatoru Valerianıdöyüşdə əsir aldı. IIIəsrdə Cənubi Qafqaz Sasanilərin əlinə keçdi. 262- ci ildə Albaniya Sasanilərin tərkibinə qatıldı.298-ci il Nisbin sülhünə görə, Kolxida və İberiya Sasanilərin təsiri altına düşdü. 387- ci ildə Ermənistan və Gürcüstan sasanilər və romalılar tərəfindən bölüşdürüldü.Xosrovun dövründə Albaniya, Atropatena, İberiya imperiyanın şimal kustakına (canişinliyinə) daxil edildi. 481-484-cü illərdə Cənubi Qafqaz xalqları Sasanilərə qarşı üsyan qaldırdılar. Sasani şahı Balaş bəzi güzəştlər edərək 485-ci ildəNvarsak sülhünü bağladı. Sülhə görə, Cənubi Qafqaz ölkələri özünüidarə hüququ aldı. Albaniyada yerli sülalənin hakimiyyəti bərpa edildi.


Ardı →